Osmanlı dönəmində baş verən KURİOZ HADİSƏLƏR

Osmanlı zamanında bir çox ilginc hadisələr baş verib. Bunları Rəşad Əmrah Qoçu “Tarihimizde qarip vakalar” adlı əsərində yazıb. “ Sherg.az” da Türkiyə mediasına istinadən həmin olaylardan bir neçəsini sizə təqdim edir.


Geliboluya səfər edən Sultan II Mahmud geri dönərkən Silivridə fırtınaya düşüb. Gəmisinin arxasında “Saltanat qayığı” var imiş. Fırtına zamanı qayıq çevrilir. Üzərində padşahın sapı almaslarla bəzədilmiş çətiri də varmış. Belə olduğu halda o da suya düşüb.
Avropada bir vaxt olaylar yaradan lalə bitkisi Osmanlıdan oralara gedib. Yəni o qədər təsirləniblər . Osmanlıda ağ laləyə “ Dülbent lale” deyiblər, fransızlar isə “Tulipe” adlandırır.

Fatih Sultan Məhməd taxta çıxanda bir “kometa” görülüb. Papa da “ Türk və müsəlman dostu iyrənc ulduz” deyə anatema edib. O ulduz isə “Halley Kometası” idi.

Sumtranın ən böyük kilsəsi üçün zang hazırlanmalı idi. Bunun üçün adadakı Osmanlı topu istifadə olunub. Topun üstündə də II Səlim “ Tuğrası” var imiş. Bu top 16-cı əsrdə Sumatla müsəlmanlarına kömək üçün Türk tökmı ustaları tərəfindən tökülmüş üzərində də : “ Bu ada müsəlamanların Türkiyəyə “tabiiyeti” əlaməti olaraq səlim padşahın tuğrası həkk olunub” yazılıb.

Əndərun  tarixçisi Ata Bəy 9-11 yaşlarında ikən sünnət olacağı zaman atası onu böyüklərin əllərini öpməsi üçün ziyarətə aparır. Sədrazəm Hüsrəv Məhməd Paşa da ona bir fincan hədiyyə edir. Uşaq da fincan ona laızm olmaz deyə, sandığın bir küncünə atır. İllər sonra maddi cəhətdən sıxıntılar yaşayan zaman həmin hədiyyə yadına düşür.

Əvvəlcə bir  bilənə göstərib, məsləhət alır. Demə fincan  Ming sülaləsindən qalma Çin çinisi, Məmluq sultanları dövrünə aid sənət əsəri imiş. Ata Bəy fincanı satıb borclarını ödəyir, qalan pulla da rifah içərisində yaşayır.

İstanbulun ən gözəl yerlərindən biri olan “ Kız kulesi” bir dəfə həpsxana iimi işlədilib.  Burada 18-ci əsrin adlı-sanlı vəzirlərindən Həkimoğlu Əli Paşa həps edilmiş və oradan sürgünə göndərilmişdir.

Qanuni dövründə yaşayan Hüsrəv Paşa  çox həssas bir insan olub. Bir gün divanda sədrazam Süleyman Paşa ilə şiddətli münaqişəsinin ucbatından qovulanda dərin üzüntüyə qapılıb.Kədərdən yeməkdən-işməkdən kəsilib, aclıq aksiyasına başlayıb. Nəticədə dünyasını dəyişib, bu yolla “ İntihar edən” ilk və tək insandır.

Yenə Həkimoğlu Əli Paşa haqqında məlumat. O, Kütahya valisi ikən ölüb və orda dəfn edilib. Əli Paşa İstanbulda hələ də öz adı ilə bilinən məscid inşa etdirib.

Öləndə də məscidin yanındakı türbədə dəfn olunmasını vəsiyyət edib. Buna da icazə verilib. Kütahyadakı qəbirindən çıxarılan nəşi Üsküdara gətirilib. Fəqət xalq böyük hörmətetdiyi bu vəzirə qarşı bir qarışıqlığa səbəb ola caq şəkildə “tezahürat”a hazırlandığından tabut Üsküdardan İstanbula gecə yarısı gətirilib və səssizvə torpağa tapşırılıb. Bu türbə indi hələ də “Kocamustafapaşada”kı Həkimoğlu Əli Paşa məscidində yerləşir.