Xunta rejimi “çırpınır”: “Rus dili kartı” özünə sıxılır, çünki...

“Azərbaycanda rəsmi dil Azərbaycan dilidir. Qarabağ isə Azərbaycanın ərazisidir”

“Orada hansı dilin dövlət dili olmasına dair qərarı ancaq Azərbaycan verə bilər”


Prezident İlham Əliyev keçirdiyi onlayn mətbuat konfransında Qarabağda rus dilinin rəsmi dil elan olunması iddiaları ilə bağlı suala da cavab verib. “Qarabağda rəsmi dil məsələsi bir manipulyasiya növüdür. Azərbaycanın o bölgəsində qeyri-qanuni olaraq özlərini rəhbər adlandıranların manipulyasiyasıdır”.- deyə, dövlət başçısı bildirib. 

Dövlət başçısı ironiya ilə qeyd edib ki, Qarabağdakı qeyri-qanuni şəxslər rus dilini də Qarabağın “rəsmi dili” elan edə bilərlər.

 “Bunun heç bir təsiri və nəticəsi ola bilməz. Dağlıq Qarabağ mövcud deyil, hər kəs oranı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Düşünürəm ki, bu, cinayətkar xunta rejiminin son nəfəsidir, cəhdidir ki, guya onlar dövlətdirlər”, - deyən Prezident vurğulayıb ki, Azərbaycanda yeganə rəsmi dil Azərbaycan dilidir. 

 Millət vəkili Razi Nurullayev bu barədə fikirlərini “Sherg.az”la bölüşdü. Onun fikrincə, Ermənistanın “çırpıntıları” nəticəsiz qalacaq: 

“Azərbaycanda rəsmi dil Azərbaycan dilidir. Qarabağ isə Azərbaycanın ərazisidir. Deməli, orada hansı dilin dövlət dili olmasına dair qərarı ancaq Azərbaycan verə bilər.

Əlbəttə, Ermənistanın nə istədiyi vacib deyil. Onlar sadəcə təxribat törədir və ruslara yaltaqlıq edirlər. Hərçənd Rusiya özü belə bu məsələni müzakirə etmək niyyətində deyil. Çünki Kreml Azərbaycanın ərazi bütövlüyünü tanıyır. İkinci bir tərəfdən özünə hörmət edən heç bir dövlət başqasının daxili işinə qarışmaz.

Əks halda bu, başqa ölkənin suverenliyinə təcavüz kimi qiymətləndirilməlidir”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu