3-cü sinif şagirdindən təsirli şeir: “Şəhid şəhər!” - VİDEO

Bu gün bütün zamanların ən qorxunc qətliamı olan Xocalı soyqırımının 29-cu ildönümüdür. Düz 29 il bundan öncə  - fevralın 25-dən 26-na keçən gecə dinc insanlara qarşı ağır texnika və artilleriyanın da iştirakı ilə misli görünməmiş qırğın törədən Ermənistan ordusu, qoca, uşaq, qadın demədən Xocalı sakinlərini qətlə yetirib, hətta meyitlər üzərində belə dəhşətli əməllər törədib.
 
Moderator.az xəbər verir ki, 3-cü sinif şagirdi İmranlı Zəhra Ayaz qızının Xocalı soyqırımı haqqında səsləndirdiyi “Şəhid şəhər” şeiri sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. Soyqırımının 29-cu ildönümünə damğa vuran şeirdə Xocalı qətliamı,  bu qətliamın miqyas və dəhşətləri poetik dildə, bütün çılpaqlığı ilə öz əksini tapıb.
 
Zəhra İmranlının səsləndirdiyi “Şəhid şəhər” şeirini oxucuların diqqətinə çatdırırıq.
Qeyd edək ki, şeirlə bu linkdən də tanış olmaq mümkündür:



Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu