Qubadlı yolunun inşasına yaxın zamanda başlanılacaq - RƏSMİ


Qarşıda dayanan ikinci layihə 3500 metr hündürlükdə olan Murovdağ silsiləsindən Kəlbəcərə gedən yolun çəkilməsidir. Çünki Kəlbəcər rayonunda qış mövsümü sərt keçir.

Bu sözləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Anar Nəcəfli AzTV-nin efirində yayımlanan “Evimizdə” proqramında deyib.

Onun sözlərinə görə, hazırda həmin ərazidə layihələndirmə işləri aparılıb:
“Aydın məsələdir ki, Murovdağ silsiləsini qalxıb-düşmək çox çətindir. Daha qısa yol olsun deyə, Murovdağ silsiləsinin altından uzunluğu təxminən 10-12 kilometrə bərabər olacaq tunel tikilməsi planlaşdırılır. Gələcəkdə Kəlbəcərə gedən yol çox möhtəşəm olacaq. Bu yolların inşasında Türkiyənin şirkətlərini cəlb etməyi düşünürük”.

“Qubadlı-Laçın yolunun layihələndirilməsi həyata keçirilir. Yaxın zamanlarda yolun inşasına başlanılacaq. Bu barədə yaxın müddətdə açıqlama veriləcək”, - deyə Anar Nəcəfli qeyd edib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu