Gürcü jurnalistlər azad edilmiş ərazilərimizə səfər edib


Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin və Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin təşkilatçılığı və dəstəyi ilə gürcü jurnalistlər və ekspertlərin Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə səfəri təşkil edilib.

APA-nın məlumatına görə, fevralın 27-dən başlayan səfər martın 1-dək davam edəcək. 

Gürcüstanın "Pirveli TV", Mtavari Arkhi, Imedi TV, POS TV kanallarının jurnalistləri səfər cərcivəsində işğaldan azad olunmuş Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdərə və Kəlbəcər rayonları, həmçinin Suqovuşan və İstisuda olacaqlar.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu