Narın o qədər faydası var ki...

Nar yaxşı lif qaynağı olduğu kimi, C, K vitaminləri, kalsium və dəmir kimi B vitminlər, həmçinin minerallarla zəngindir. Bu baxımdan narın tərkibindəki birləşmələr sağlamlıq üçün çox vacibdir. Nar eyni zamanda yaşıl çaydan üç dəfə çox antioksidan aktivliyə malikdir.
“Sherg.az” türk mediasında istinadən narın sağlamlıq üçün mühüm faydalarını açıqlayır.
“Sabah.com”un məlumatına görə, 2014 və 2015-ci illərdə aparılan iki araşdırma zamanı, nar istifadəsinin siçanlardakı sümük itkisində necə qoruyucu təsir göstərdiyi ortaya çıxıb.

Təzyiqi salır

2013-cü ildə aparılan bir araşdırmada, iki həftə ərzində gündəlik 150 ml nar suyu istehlak etməyin hipertoniya xəstələri üzərində təsiri qiymətləndirilib. Bu baxımdan narın qan təzyiqi sala biləcəyi ortaya çıxıb.

Ürək xəstəliklərindən qorunmağa kömək edir

Narın xolestrol səviyyəsini azaltmağa kömək edə biləcəyi, bunun da ürək xəstəliyi riskini azalda biləcəyinə dair bəzi dəlillər var.

Prostat xərçəngi də daxil olmaqla müəyyən xərçəng növlərindən qoruyur

Bəzi kiçik araşdırmalar nar suyu içməyin prostat xərçəngi hüceyrələrinin yayılmasını yavaşlatmasına kömək edə biləcəyini göstərir.

Arıqlamağa kömək edir

Nar qəbulunu xeyli artırmaq mütləq bir gecədə arıqlayacağınız anlamına gəlmir. Nar tərkibində lif olduğu üçün toxluq hissinə kömək edən kilo itkisinə kömək edə bilər. Nəticədə daha az yemək yeyərək arıqlaya bilərsiniz. Nar xüsusilə şəkər və ya şirin yerinə yeyildikdə kilo itkisi üçün faydalı ola bilər.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu