2 min 500 illik tarixi olan gizli tunel aşkarlanıb - FOTO

Türkiyədə, “Karabük”ün UNESKO Dünya İrsi Siyahısında yer alan Safranboluda qazıntılar aparılıb. Nəticədə 2 min 500 illik tarixi olan gizli tunel aşkarlanıb. 30 metr dərinliyində vadi dibində su olduğu müəyyənləşdirilib. Araşdırmaçı Cəmil Bəldərin fikrincə, bu həmin coğrafiya üçün böyük kəşfdir: “Çünki bu günə qədər şəhər əfsanəsi kimi nəsildən nəsilə ötürülən bir məlumat idi”
“Sherg.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Cəmil Bəldər bu keçidin, qalaların tipik xüsusiyyətlərindən biri olduğunu söyləyib:
“Safranbolu indi tarixi evləri ilə bərabər ölkə daxili və xaricində tanınır. Şübhəsiz ki, bu tarixən bir çox mədəniyyətə ev sahibi olması ilə əlaqədardır. Araşdırmalarımız nəticəsində ərazinin qala olmasını kəşf etdik. Bu da həmin qalanın suya doğru gedən gizli keçididir”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəblinski Yazarın yazıları
menu
menu