Yolu keçmək istəyən 45 yaşlarında kişini "BMW"  vurub öldürdü

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin 9-cu mikrorayonunun Koroğlu prospektində qeydə aıınıb.

Yolu keçmək istəyən təxminən 40-45 yaşlarında kişini "BMW" markalı avtomobil vurub. Qəza nəticəsində ağır xəsarətlər alan piyada xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Meyit müayinə üçün aidiyyəti üzrə təhvil verilib. Ölən şəxsin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu