Dəhşət: Ailəsini qorumaq üçün leopardı dizləriylə öldürdü! 

Hindistanda Arasikere bölgəsi yaxınlığında olan Bendekere kəndində yaşayan Rajagopar Naik, həyat yoldaşı və qızı ilə toydan evlərinə dönərkən kənd yolunda leopard hücumuna məruz qalıb.



Sherg.az xarici media istinadən xəbər verir ki, ata ailəsini qorumaq üçün leoparda öz imkanları ilə müqavimət göstərib.
Hadisə zamanı velosiped sürən ailə, hücumun arxadan gəlməsi ilə yerə yıxılıb. Ata, qızını qorumaq üçün özünü sipər edib.



Dəhşətli hadisəni anladan Naik, bu sözləri deyib:

"Həyat yoldaşım və qızımla bir toydan kəndimə dönürdüm. Saat 15.30-da leopard arxamdan velosipedimə hücum etdi. Arvadımın ayağını dişləməyə çalışdı. Hamımız yerə yıxıldıq. Döndü. Onu uzağa itələdikdən sonra mənim üstümə gəldi və qollarımı, boynumu dişləməyə çalışdı. Əllərimlə özümü müdafiə etdim. Onu aşağı itələyib, dizlərimlə öldürməyi bacardım. Arvadım və qızım kəndə qaçaraq yardım çağırdı. Başımdan, qolumdan və boynumdan yaralandım".

Turan

.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu