Ermənistanda daha bir general Paşinyanın istefası tələbinə qoşuldu

Ermənistanda Sarkisyan adına Hərbi Universitetin keçmiş rəhbəri, istefada olan general Armen Kaqramanyan Silahlı Qüvvələrin Baş Qərargahına dəstəyini ifadə edib.

“Report” xəbər verir ki, bu barədə “Hraparak.am” bildirib.

Qeyd edilir ki, general baş nazir Nikol Paşinyanın istefası tələbinə qoşulub.

"Birmənalı dəstək ifadə edirəm. Baş Qərargahın rəisi və zabit heyətinin imza atdıqları bəyanat birmənalı olaraq düzgündür", - o deyib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu