Polislər rolik-çəkmələrlə gəzəcək: Oğruları tutmaq daha asan olacaq

Pakistanda cinayətkarlığın qarşısını almaq üçün yeni metod tətbiq edilib. 

“Sherg.az” Türkiyənin “sabah.com.tr” saytına istinadən xəbər verir ki, Karaçi şəhərinin dar küçələrində insanları təşvişə salan oğruların və təcavüzçülərin daha sürətli yaxalanması üçün 20 nəfər şəxsi heyəti olan polis bölməsinin əməkdaşlarına kanki (rolikli çəkmə - red) geyindirilib. 



Polis əməkdaşları şəhərin küçələrin rolik-çəkmələrlə gəzməyə başlayıblar. Polis rəisi Fərrux Əli deyib ki, bu yolla 20 milyonluq şəhərin dar küçələrində
motosikldə gəzən oğruları tutmaq daha asan olacaq: 

“Küçələrdə törədilən cinayətlərə nəzarət etmək üçün yenilikçi bir yanaşmaya ehtiyacımız olduğunu düşündük. Kankilər həqiqətən bizə fayda gətirir, dar küçələrdə sürətlə hərəkət edə bilərik”. 

Karaçi sakinləri də rolik-çəkmə ilə şəhərin küçələrində şütüyən polislərdən məmnunluq ifadə ediblər: 

“Bu mənzərə bizə təhlükəsizlik hissi yaşadır. Özümüzü daha rahat hiss edirik”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu