Son sutkada 270 nəfər koronavirusa yoluxub

117 nəfər sağalıb, 2 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 270 yeni yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sherg.az-a  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış  2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə  234 537 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan  228 768 nəfər müalicə olunaraq sağalıb, 3 220 nəfər vəfat edib, aktiv xəstə sayı 2 549 nəfərdir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu