Gürcüstanda sürücülər ayağa qalxdı: Yanacağın balaşmasına etiraz edirlər


Son günlər Gürcüstanda  yanacağın qiymətinin sürətlə bahalaşmasına görə, Qori və Rustavi şəhərində avtomobil sahibləri və taksi sürücüləri etiraz aksiyası keçiriblər.

Sherg.az "24News.ge"yə istinadən xəbər verir ki, etirazçılar ölkədə yanacağın bahalaşmasına görə, höküməti ciddi nəzarət etməyə və qiymət artımı ilə bağlı xalqa cavab verməyə çağırıblar.

Etirazçılardan Erekle Dolidze deyib:

“Yanacağın bahalaşmasına etiraz edirik. Bu çətin vəziyyətdə ölkədə hər gün yanacağın qiyməti bahalaşır. Təbii ki, buna nəzarət dövlətin əlindədir. Ölkəyə yanacaq gətirmək üçün şirkətlər məsuliyyət daşıyır , amma hökumətdə buna ciddi nəzarət etməlidir".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu