Təbiətin möcüzəsi: Bura gedənlər heyran qalır

Skandinaviya yarımadasında yerləşən Norveç bənzərsiz təbiəti ilə insanları özünə heyran edir. Bəs, Norveç deyəndə ağlımıza nələr gəlir? Bu ölkə haqqında nələr bilirik? Sherg.az xarici media istinadən araşdırmanı təqdim edir:



1)Somon balığı  ölkənin ən məhşur qidalarından biridir. Hətta bu marketlərdə "Norveç somonu" deyə adlanır. 

2) Vikinqlər tarixdə  savaşçı bir xalq olaraq yadda qalıb. Bu xalq Skandinaviya mədəniyyətində  önəmli bir yer tutur. İlin böyük bir hisssəni dənizlərdə keçirən xalq  VIII-XI əsrlərdə Avropada olduqca böyük bir ərazini fəth etmişdir. Norveç deyəndə ağıla Vikinqlərin gəlməsi də Avropanın şimalında ən çox bu ölkədə məskunlaşdıqları ilə bağlıdır.


3)Aurora Borealis, yəni qütb parıltıları bir çox insanın "ölmədən əvvəl görməli yerlər" sırasında birinci yeri tutur. Təbiət möcüzəsi olan bu işıqları görmək istəyirsinizsə, Norveçə mütləq gedin.

4)Skandinaviya yarımadasında hökm sürən əmin-amanlığın böyük bir hissəsi Norveçə aiddir. Beş milyonluq əhaliyə malik olan ölkənin təbiəti şəkillərdə göründüyündən qat-qat artıq cəlbedicidir.



5)Xəritəyə baxıb Norveçi diqqətlə araşdıranda ölkənin nə qədər girintili və çıxıntılı olduğunu görmək mümkündür. Bunların hamısı fiyord adlanır. Fiyordlar Norveçin gözəllikləri içərisində ən füsunkarı sayılır.

6)Norveçli futbolçu deyəndə ilk növbədə John Carew yada düşür. Məhşur oyunçu bir vaxtlar Beşiktaş forması geyinib.

Aytac Ali

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu