Nepalın ayağı yerə dəyməyən cocuqları: Burada böyük sevgi və hörmət var

Nepal dünyanın əsrarəngiz coğrafiyası ilə yanaşı mədəniyyəti ilə də diqqət çəkir. 



Sherg.az xarici mətbuata istinadən xəbər verir ki, dünyanın ən füsunkar görünüşlü ölkələrindən biri sayılan Nepal özünəməxsus mədəniyyəti ilə diqqət çəkir. Himalayın yerləşdiyi Nepal eyni zamanda dünyanın ən uca dağı Everestə də ev sahibliyi edir. Bundan əlavə, ölkədə dünyanın ən yüksək 10 dağından beşinin vətəni də məhz buradır. Lakin əlbəttə ki, Nepalın yeganə tərəfi bu deyil.
 

Çox möhtəşəm bir mənzərəyə sahib olan Nepal mədəniyyəti də maraq doğurur. Nepal əsrlərdiki bir çox inamı yaşatmaqdadır. Bu məqsədlə ölkədə inanc məqsədilə bir çox məbədlər və monastırlar var. Hətta bir çox məbəd və monastır yüz illərdir ki, mövcuddur. Bu gün onları görmək üçün dünyanın hər yerindən, xüsusən də Avropadan gələnlər var.


 
Tanrıça məbədi demək olar ki, bir yarım milyard insan tərəfindən müqəddəs sayılır. Nepalı pisliklərdən qoruduğuna, məhsuldarlıq və bəxt gətirdiyinə inanan tanrıça Kumari, yetkinlik yaşına çatmamış Buddist ailələrin gənc qızları arasından seçilir. İki mərtəbəli taxtından isə ildə yalnız bir neçə dəfə oturur. Bu bölgədə yaşayan hindular və buddistlər, o cümlədən bir çox turist onu görmək üçün axın edir. Cəmiyyət dini mərasimlərdə insanlarla bir araya gələn tanrıça Kumaniyə böyük sevgi və hörmət göstərir. Üstəlik, bu hörməti yalnız yerli insanlar deyil, dünyanın hər yerindən gələn turistlər göstərir. İnam səbəbi ilə ayaqları heç yerə dəyməyən tanrıça Kumani yetkinlik yaşına girəndə yerini başqa bir uşağa tapşırır.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu