“Arsenal” qələbə qazandı 

Bu gün futbol üzrə İngiltərə Premyer Liqasının 26-cı turunun növbəti oyunu keçirilib.

Turun maraq doğuran görüşü “King Pover” stadionunda baş tutub.

Cari mövsüm iddialı oyunu ilə diqqət çəkən “Lester Siti” doğma azarkeşlər önündə “Arsenal” komandasını qəbul edib. Görüş qonaqların qələbəsi ilə başa çatıb - 1:3.

“Arsenal”ın heyətində David Luiz, Nikolas Pepe, Aleksander Lakazett fərqləniblər. “Lester Siti”nin yeganə qoluna isə Yuti Tilemans imza atıb. Bu qələbədən sonra xal ehtiyatını 37-ə çatdıran “Arsenal” turnir cədvəlində 10-cı yerə yüksəlib, “Lester Siti” isə 49 xalla üçüncü yerdə qərarlaşıb.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu