ÜST: Dünyada 384 mindən çox yoluxma qeydə alınıb


Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 384 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 384 956 nəfər yeni koronavirusa yoluxub, 8 230 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 113 467 303, ölənlərin isə 2 520 550 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu