Məşhur mafiyanın başçısı öldü

Mafiya filmləri həvəskarlarına yaxşı tanış olan Qambini ailəsinin başçısı Piter Artur Qotti vəfat edib.

“Associated Press” informasiya agentliyinin məlumatına görə, mafiya başçısı 82 yaşında ABŞ-ın Şimali Karolina ştatındakı federal həbsxanada ölüb.
Onun təbbi səbəblərdən – yaşının çox olması və səhhətinin zəifləməsi nəticəsində vəfat etdiyi bildirilib.

Xatırladaq ki, Qambini ailəsi cinayətkar qrupu hələ 1902-ci ildə təşəkkül tapıb. O, Nyu-York mafiyasını idarə edən beş böyük ailədən biri idi.

Artur Qottiyə gəlincə, mərhum 2002-ci ildə qardaşı Con Qottinin vəfatından sonra ailəyə başçılıq edib. Cəmi bir il sonra isə həbs olunaraq 26 illik cəzaya məhkum edilib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu