Bu ay hökumət deputatlara hesabat verəcək


Bu ay Nazirlər Kabinetinin Milli Məclis qarşısında hesabat verməsi gözlənilir.

Bu barədə Oxu.Az “Milli Məclisin Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Konstitusiya qanununa istinadən xəbər verir.

Həmin konstitusiya qanununun 1-ci maddəsinə əsasən, Nazirlər Kabineti hər il Milli Məclisinin yaz sessiyasının beşinci iclasında özünün fəaliyyəti haqqında hesabat verir.

Bu, bir qayda olaraq mart ayına təsadüf edir. Ötən il isə Nazirlər Kabineti pandemiya səbəbindən aprel ayında hesabat vermişdi.

Hesabatı baş nazir təqdim edir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu