DİN: Həftəsonu cinayət törədən 74 nəfər saxlanılıb


Daxili İşlər Nazirliyi fevral ayının 27-dən martın 1-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatı açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən iki gün ərzində törədilmiş 64 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub, axtarışda olduğuna görə ümumilikdə 41 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölüb.   

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatla bağlı bir fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu