Döyüşçü: “Ermənilər şalvarsız qaçırdılar”

Qəhrəmanlar vurulanda yox, unudulanda ölürlər. Odur ki, gərək onları unutmayaq, unutdurmayaq. Azərbaycan bütün tarixi mərhələlərdə öz igidləri ilə fəxr edib. Sonuncu dəfə 44 günlük Vətən müharibəsi dövründə mərd oğullarımızı tanıdıq. Onlar sinələrini vətənə sipər etdilər, biz şəhərin mərkəzində oturub dua etməklə kifayətlənəndə həyatla çarpışdılar, bəzən də vəsiyyət yazdılar...Belə vətəndaşlarımızı necə unuda bilərik? 1994-cü il təvəllüdlü Cavidan Mahmudov da qürur duyğumuz soydaşlarımızdandır.

O, 2001-ci ildə orta məktəbə daxil olub. 2011-ci ildə məktəbi bitirib. 2012-2013-cü ildə isə Xüsusi Təyinatlı Qoşunlarda hərbi xidmət keçib. Qəhrəmanımızda elə o vaxtdan formalaşan hərbi-vətənpərvərlik ruhu İkinci Qarabağ müharibəsində də sanki bir vulkan kimi püskürdü...

 Cavidan daha ətraflı “Sherg.az”a danışdı:

“Əslində Aprel döyüşlərinə də çağırılmışdım. Amma o vaxt mənə ehtiyac olmamışdı. Bu dəfə isə könüllü müraciət etdim. Sentyabrın 21-dən etibarən 5 gün təlim keçdim.

Ayın 26-dan isə siravi əsgər kimi, sürücü vəzifəsində Füzulidə döyüşlərə qatıldım. Füzuli, Cəbrayıl və Xocavənddə döyüşdüm. Əlbəttə, çox çətin idi. Günlərlə ac, susuz, yuxusuz qalırdıq. Döyüş yoldaşlarımızı itirdik. Neçəsi gözümüzün qabağında şəhadətə qovuşdu, yaralandı.

Bizi ən çox sarsıdan isə Gəncə və Bərdənin vurulması idi. Belə vəhşiliyi ağlımıza gətirməzdik. Lakin söhbət Vətənin taleyindən getdiyinə görə, heç bir çətinlik bizi yolumuzdan döndürə bilməzdi.

Hər dəfə daha çox qəzəblə irəliləyir, intiqamımızı aldığımıza görə sevinirdik. Ərazini tanımadığımız üçün harda olduğumuzu bilmirdik. Bakıdan xəbər gələndə ki, filan yer alınıb, sevinirdik.

Bir-birimizlə fərx edirdik. İnanın, ermənilər Azərbaycan əsgərlərindən çox qorxurlar. On erməni hərbçisinin qarşısına cəmi bircə nəfər azərbaycanlı çıxanda elə həmin an silahlarını atıb, az qala, şalvarsız qaçırdılar.

Ümumiyyətlə, ermənilərin bacardıqları ancaq qaçmaqdır”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu