Paşinyan qalır, ya gedir? – ABŞ və Rusiyanın mövqeyi ortada


“ABŞ baş naziri hakimiyyətdə saxlamaq istəyir. Həmçinin Rusiya da onunla əməkdaşlıq etmək niyyətindədir”

“Paşinyanın həyata keçirməyi qərara aldığı iqtisadi-siyasi islahatlara xarici qüvvələr razılıq veriblər”

“Amma bu,  hələ də birmənalı olaraq hazırkı iqtidarın hakimiyyətdə qalacağı anlamına gəlməməlidir”


Bu gün Ermənistan baş naziri Nikol Paşinyan növbəti dəfə "imtahan"  verəcək. O, öz tərəfdarlarını mitinqə çağırıb. Görünür, baş nazirin "taxt"ından əl çəkmək fikri yoxdur. Paşinyan bəzi ekspertlərin də dediyi kimi, sonadək mübarizə aparmaq istəyir. Elə isə onun bu ambisiyaları nə ilə nəticələnəcək?

BDU- nun professoru, politoloq Əlimusa İbrahimov "Sherg.az"a açıqlamasında mitinq barədə bunları dedi: 

"Paşinyan, həqiqətən, ciddi təhlükə qarşısındadır və onun hakimiyyətdən uzaqlaşdırılması artıq təhlükəli səviyyəyə çatıb. Xaricdəki havadarları ona  küçəyə çıxaraq müraciət etməyin vaxtının gəldiyini  bildiriblər.

Hətta bunun üçün icazə veriblər. İkinci bir tərəfdən proseslər göstərir ki, ABŞ baş naziri hakimiyyətdə saxlamaq istəyir. Həmçinin Rusiya da onunla əməkdaşlıq etmək niyyətindədir. Ən əsası isə  Paşinyanın həyata keçirməyi qərara aldığı iqtisadi-siyasi islahatlara xarici qüvvələr razılıq veriblər.

Amma bu,  hələ də birmənalı olaraq hazırkı iqtidarın hakimiyyətdə qalacağı anlamına gəlməməlidir. Mitinqdən sonra çox şey aydın olacaq".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu