Türkiyədən Çinə üçüncü ixrac qatarı yola salınıb


Türkiyənin daha bir ixrac yük qatarı Çinə istiqamət götürüb.

Bu barədə “APA-Economics”ə “ADY Konteyner” MMC-dən bildirilib.

Bildirilib ki, Kösəköy stansiyasından  yola çıxan konteyner blok qatarının son təyinat məntəqəsi Çinin Sian şəhəridir.

“Qatar hər biri 40 futluq olmaqla  41 konteynerdən ibarətdir. Yükü isə Türkiyə istehsalı olan elektrik avadanlıqlarıdır. Qatar Bakı-Tbilisi- Qars dəmir yolu ilə hərəkət edərək Bakıya çatdıqdan sonra fider gəmisi vasitəsilə Qazaxıstanın Aktau limanına yola salınacaq. Daha sonra isə yolunu dəmir yolu ilə davam etdirəcək. Bu, qardaş ölkədən dünyanın ən iri iqtisadiyyatlarından biri olan Çinə yola salınan  sayca üçüncü ixrac qatarıdır”, - MMC-dən bildirilib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu