Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı


Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığı silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində müntəzəm reydlər keçirir, əvvəllər düşmən ordusunun mövqe tutduğu səngərlərə və saxlanc yeri kimi istifadə etdikləri qazmalara müntəzəm baxış keçirirlər.

Növbəti belə tədbir zamanı erməni hərbçilərin atıb qaçdığı bir ədəd tank əleyhinə idarə olunan raket, altı ədəd müxtəlif markalı əl qumbaraları, iki ədəd qumbaraatan mərmisi, tank əleyhinə təlim minası və digər döyüş sursatları aşkar edilərək götürülüb və aidiyyəti üzrə təhvil verilib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu