“Barselona”nın keçmiş prezidenti saxlanıldı


Kataloniya polisi tərəfindən “Barselona”nın keçmiş prezidenti Xosep Bartomeu saxlanılıb.

Bu barədə “Cadena Ser” məlumat yayıb.

Nəşrə danışan mənbənin sözlərinə görə, həmçinin klubun baş direktor Oskar Qrau və hüquq xidmətinin rəhbəri Roman Qomes Ponti də saxlanılıb.

Xatırladaq ki, martın 1-də “Barselona” klubunun ofisində Bartomeuya qarşı korrupsiya işi çərçivəsində axtarış aparılıb.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu