İşləriniz tərs gedir? - Bunları edin!

Yaxşı başlamış, lakin bir-birinin ardınca gələn tərsliklər sayəsində pisləşən bir gününüz olubmu? Hər kəs həyatımızdakı bəzi hadisələrin bizə yüksək dərəcədə stress verdiyinin fərqindədir. Son dəfə bir sıra kiçik problem yaşadığınızı düşünün. Yeni paltarınıza qəhvə tökürsünüz, paltarınıza ilişən bir boyunbağı, əlinizdən sürüşən bir telefon. Daha çox nümunə tapmaq olar. Bu kiçik qəzalar diqqətimizi və işimizi görməyimizi əngəlləyə bilər.

Bu cür vəziyyətlərdə necə davranırsınız? Dərhal deyinməyə başlayırsınız? Yoxsa öz diqqətsizliyinizə əsəbləşir, ya da qırılan əşyanı günahlandırırsız?

İngiltərənin “Bu günün  psixologiyası” jurnalında gərgin durumlarda nəzarəti yenidən ələ almağımızın ən yaxşı yolları qeyd olunub.

“Sherg.az” “Cnnturk.com”a istinadən həmin məqamları diqqətə çatdırır:

Problemi təhlil etmək

Məsələn, kompüterimiz sıradan çıxdıqda problemi aradan qaldırmağa və ya texniki dəstəyi axtarmağa çalışırıq. Boyunbağımız qırılıbsa, atmaq əvəzinə qırılan zənciri düzəltməyə cəhd göstərməliyik.

Mövcud durumu hislərlə təhlil etmək

Belə olduqda dəyişə bilmədiyimiz və daha yaxşı hiss edə bilməyəcəyimiz vəziyyəti qəbul etməyə çalışırıq. Məsələn, avtobusunuzu buraxmısınızsa, vəziyyəti qəbul etmək və vaxtınızı yaxşı keçirmək olar.

Sakit qalın

Biri sizə narahatedici bir "e-poçt" göndərəndə cavab olaraq qəzəbli bir e-poçt göndərə bilərsiniz. Lakin bu, çıxış  yolu deyil. Bəlkə göndərdiyiniz "e-poçt" vəziyyəti düzəldəcək, bəlkə də, sizi problemə salacaq. Bunun əvəzinə fərqli bir perspektiv götürüb sakit qalmaq yaxşıdır. Beləliklə, həmin şəxslə danışıb problemi həll edə və ya sizə niyə belə bir "e-poçt" göndərdiyini başa düşə bilərsiniz.

Duyğularınıza diqqət yetirin!

Hissləri tənzimləmək üçün əvvəlcə onlardan xəbərdar olmaq lazımdır. Səhv olan kiçik hadisələr bizi əsəbi, kədərli, məyus və ya hətta günahkar hiss etdirə bilər. Nə hiss etdiyinizə diqqət yetirin. Bu zaman davranışlarınızı dəyişdirə və məntiqli addım ata bilərsiz.

Nəfəsinizlə duyğularınızı idarə edin

Sinir sistemimiz avtomatik olsa da, stres altında olduğumuzda baş verən davranışlarımızı idarə etməsinə icazə vermək məcburiyyətində deyilik. Hər şeydən əvvəl nəfəsinizi yavaşladaraq nəzarəti ələ alın. Beləliklə, ürək döyüntüləriniz yavaşlayacaq. Duyğularınızı idarə etdikdən sonra, stresli vəziyyətlərlə başa çıxmağın asan olduğunu görəcəksiniz. Stress həyatımızın bir parçasıdır. Yuxarıdakı strategiyalarla duyğularınızı idarə edərək qaçınılmaz stresin qaçılmaz nəticələrinin qarşısını ala bilərsiniz.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu