Afaq Bəşirqızının səhhətində problem yaranıb


Xalq artisti Afaq Bəşirqızının səhhətində problem yaranıb.

Axşam.az xəbər verir ki, bu haqda aparıcı Elgiz Əkbər "Elgizlə izlə" proqramında deyib. O bildirib ki, aktrisanın xəstəliyi hazırda daha da artıb:

“Özündən icazə almışam, ona görə verilişdə deyirəm. 1995-ci ildən ağır arterozdan əziyyət çəkir. Xəstəlik bədənə yayıldıqca yerimək və iş görmək qabiliyyəti çətinləşib. Dörd dəfə əməliyyat olunub. Dizində, belində əməliyyatlar edilib. İndi xəstəlik daha ağır formada qayıdıb. Əvvəlkindən də çox ağrıyır”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu