Azərbaycanda son sutka: 125 yoluxan,  71 sağalan, 3 ölən

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 125 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Sherg,az"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 234 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 839 nəfər müalicə olunaraq sağalıb, 3 223 nəfər vəfat edib, aktiv xəstə sayı 2 600 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 205, ötən müddət ərzində isə ümumilikdə 2 602 884 test aparılıb.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu