4 dildə 4 saatlıq konfrans - “Həqiqət faktlarla anladıldı"

“Ölkə başçısı hansısa yaddaş kitabçasından istifadə etmirdi” 

“Elə bir sual olmadı ki, Prezident “Cavabı dəqiqləşdirim sizə məlumat verərəm” desin”

“Jurnalist olaraq arzum budur ki, yenidənqurmadan sonra bu konfransdan biri də Şuşada təşkil olunsun”


Xəbər verdiyimiz kimi, fevralın 26-da Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib. Tədbir zamanı ölkə başçısının bir neçə dildə danışması, jurnalistlərin bütün suallarını cavablandırması xarici media mənsublarını da təccübləndirib. Hətta əcnəbi jurnalistlərdən biri “Siz rekorda imza atdınız, cənab Prezident” - deyə qeyd edib. Xatırladaq ki, ölkə başçısı mətbuat konfransıda 35-dən çox media nümayəndəsinin 50-yə yaxın sualını cavablandırıb. Prezidentin 4 dildə 4 saatdan çox davam edən çıxışı ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. 



Prezidentin çıxışını “Sherg.az”a şərh edən “APA” Media Qrupunun rəhbəri Vüsalə Mahirqızı bildirib ki, ölkə başçısının əvəllər də yerli və xarici media nümayəndələri ilə görüşləri, təkbətək müsahibələri olub. Lakin fevralın 26-da keçirilən mətbuat konfransı bir ilk idi:

“Bu, hər birimizin çoxdan arzuladığımız çıxış idi. Prezidentin mətbuat konfransının bir neçə özəlliyi oldu. Əvvəla, ölkə başçısı 4 saat çıxış etdi. Rəhbərlik etdiyim media qurumu dünyanın müxtəlif ölkə liderlərinin mətbuat konfransında iştirak edib. Amma ölkə başçıları həmin mətbuat konfranslarında adətən bir dildə danışıblar.

Lakin cənab Prezident 4 dildə çıxış etdi, ona hansı dildə sual ünvanlanırdısa, elə həmin dildə və ətraflı cavablayırdı.
Elə bir sual yoxu idi ki, Prezident ona əhatəsiz cavab versin.

Cavabların hamısı faktlar, detallar və rəqəmlərlə olurdu, hansısa yaddaş kitabçasından istifadə etmirdi. Elə bir sual olmadı ki, ölkə başçısı “Cavabı dəqiqləşdirim sizə məlumat verərəm” desin”. 

V.Mahirqızının sözlərinə görə, mətbuat konfransında demək olar ki, bütün regionlar üzrə media qurumları təmsil olunurdu:

“Xüsusilə xarici jurnalistlərin verdiyi suallar regionun gələcəyi ilə bağlı Azərbaycanın və Azərbaycan liderinin fikirləri idi. Beləliklə, ölkə başçısının fikirlərinin regionun inkişafı üçün vacib olduğu qəbul edildi. Prezident bütün sualları tamamilə açıq şəkildə cavablandırdı. Hətta provokativ xarakterli suallar da var idi. Lakin ölkə başçısı həmin sualları çox açıq və təmkinlə, diplomatik və siyasi bacarıqla cavablandırdı. Jurnalist olaraq arzum budur ki, belə mətbuat konfransları davam etsin və işğaldan azad edilən ərazilərimizdə yenidənqurmadan sonra bu konfransdan biri də Şuşada təşkil olunsun”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu