İran “nəfəsini dərdi”- “Yaxın Şərqə nəzarət etmək istəyir"    

“Vaxtı ilə ABŞ-la nüvə sazişinin imzalanması rəsmi Tehran üçün “nəfəslik” oldu”

“İndi isə vəziyyəti yenidən ağırlaşıb. ABŞ və İran qarşılıqlı dialoqlarda qeyri-səmimidir”

“Rəsmi Vaşinqton sanksiyalarında israrlıdır. Cənub qonşumuz isə hər vəchlə özünün uran ehtiyatını artıracaq”


“İran hər il terrorun dəstəklənməsi üçün, Yaxın Şərqdə 7 milyard dollardan çox vəsait xərcləyir:
Bəşər Əsəd rejiminə dəstək — $4 milyard  2. Hizbullah (Livan) — $1 milyard 3. Şiə döyüşçülər (İraq) — $100-lərlə milyon 3. İslamı Cihad (Fələstin) — $70 milyon 4. Həmas (Fələstin) — $50 milyon 5. Husilər (Yəmən) — $10-larla milyon. Bundan başqa, İran bəzi kürd terror təşkilatlarını dəstəkləyir və yaxud fəaliyyətinə şərait yaradır. Öz gözündə tiri görməyən qonşumuz ...”.

Bu sözləri siyasi analitik Turab Rzayev özünün “Facebook” hesabında yazıb. O, yaydığı statistik məlumatlarla özünü dost kimi təqdim edən, əslində isə “saman altından su yeridən” İranı ifşa edib. Görünür, rəsmi Tehran sadəcə danışmağı, bəyanat verməyi bilir. 



Ekspert İranın spesifik siyasəti barədə daha ətraflı “Sherg.az”a danışdı: 

“Bu ölkənin dövlət quruluşu SSRİ-ni xatırladır. SSRİ bütün dünyanı kommunist edəcəyini deyirdi. İranda isə İslam inqilabı olur. Bu dövlət din vasitəsilə bütün Yaxın Şərqə nəzarət etmək istəyir.

Cənub qonşumuzda iqtisadi fəlakət hökm sürsə də, vaxtı ilə ABŞ-la nüvə sazişinin imzalanması onun üçün “nəfəslik” oldu. İndi isə vəziyyəti yenidən ağırlaşıb. ABŞ və İran qarşılıqlı dialoqlarda qeyri-səmimidir.

Müzakirələrə rəğmən, ABŞ sanksiyalarında israrlıdır. İran isə hər vəchlə özünün uran ehtiyatını artıracaq”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu