İnstaqramdan yenilik: canlı yayımda dörd istifadəçi...

İnstaqram sosial şəbəkəsinin yeni funksiyası açıqlanıb.
APA “Facebook”un yaydığı məlumata istinadən xəbər verir ki, yeni funksiya canlı yayımda 4 nəfərin eyni zamanda iştirakına imkan verəcək.
Şirkətin açıqlamasında bildirilib ki, sözügedən yenilik istifadəçilərin auditoriyası üçün daha çox imkanlar açacaq. Məsələn, tok-şouların aparılması, musiqi seanslarının təşkili və s.
Qeyd edək ki, əvvəllər canlı yayıma yalnız 2 nəfər qoşula bilirdi.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu