6 aylıq körpə uşaq arabasından yıxılaraq ölüb

6 aylıq körpə uşaq arabasından  yıxılaraq həyatını itirib. "Şərq" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Onatkutlar məhəlləsində ötən həftə baş verib. Aynur Ekici oğulları 8 yaşlı Eren Tunahanı və 6 aylıq Eymeni evdə qoyaraq çörək almağa gedib. Evdə qardaşı qalan Eymen hərəkət edərkən uşaq arabasından yıxılıb və başından ciddi zədə alıb. Evə gələn ana dərhal onu təcili yardımla xəstəxanaya aparıb. Reanimasiya şöbəsinə yerləşdirilən körpə həkimlərin bütün səylərinə baxmayaraq xilas ola bilməyib.


Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu