Bill Qeytsin "Clubhouse" söhbəti hərşeyi ortaya çıxardı

Amerikalı  texnologiya nəhəngi, "Microsoft" qurucusu Bill Qeyts “Android” və  “i Phone” haqqında danışıb. 
"Sherg.az" CNN Türk-ə istinadən bildirir ki, o, bu günə qədər heç vaxt belə bir açıqlama verməyib. 
Bir neçə dəfə şəxsi  həyat tərzi və gündəm ilə əlaqəli  söhbət edən Bill Qeyts bu dəfə seçimini deyib

“Android” və “Apple” smartfonları arasında davamlı rəqabət var. Bunun heyranlıq səviyyəsində olduğunu da deyə bilərik. Məhz bu səbəbdən "Microsoft" qurucusunun söylədiyi şeylər ciddi qəbul edilib.

Bill Qeytsin verdiyi açıqlamalara görə o, daim “Android” istifadə edir. Bunun ən böyük səbəbi "Microsoft" tətbiqetmələrinin “Android” smartfonlarında əvvəlcədən qurulmasıdır. Əslində işinə görə  “Android”dən istifadə edir.

Sahibkarlar normalda  iOS platformasına üstünlük verirlər. Bundan əlavə, sərvətlərini qorumaq istəyənlər bu cür əməliyyat sistemlərindən istifadə edir. Bill Qeyts isə böyük bir sərvətə sahib olsa da, yenə də “Android” platformasına üstünlük verir. Onun sözlərinə görə, Android proqramın əməliyyat sistemi ilə əlaqələndirilməsində daha çevikdir.

“Android” möhkəm xüsusiyyətlərə sahib olsa da,  iOS platformasına qarşısında təhlükəsizlik zəiflikləri ola bilər.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aygün Tahirqızı Yazarın yazıları
menu
menu