Nəhəng timsah alimi yedi! 

Dəhşətli həqiqət sonradan üzə çıxdı

Tədqiqat müəssisəsində nəhəng timsah alim qadını udub. 
"Şərq" xarici mətbuata istinadən xəbər verir ki, hadisə İndoneziyanın Şimali Sulavesi şəhərində yaşanıb.  44 yaşlı Deasi Tuvo timsahı bəsləmək istəyərkən qəfildən heyvanın hücumuna məruz qalıb. 

Hər gün təzə toyuq, qızıl balıq və ətlə bəslənən bu timsahın keçmişdə başqa bir timsahı yediyi məlumdur. Ancaq heç vaxt onun insanlara zərər verəcəyi düşünülməyib.  Laboratoriyada baş vermiş bu hadisədən dəhşətə gələn işçilər səhər suda qəribə bir şey olduğunu görüblər. Sonradan onun bir qadın cəsədi olduğunu anlayıblar.
Tuvonun həmkarı Erlinq Rumenqan cəsədi tapdığı dəhşətli anları belə xatırlayıb: "Timsah hovuzunda üzən bir şeyin olduğunu gördük. Yaxınlaşanda onun Deasinin cəsədi olduğunun şahidi olduq. Ona toxunmaqdan qorxduq və dərhal baş verən hadisəni polisə bildirdik. Timsahın yalnız yandan tullanması mümkündür. Bəlkə də timsah doymuşdu deyə cəsədi tam yeyə bilməmişdi".