Nurəddin Mehdixanlı çox sevinib


Vətən müharibəsi qəhrəmanları haqqında film çəkilir

“30 il işğal altında olan torpaqlarımızı azad etdikdən sonra qəhrəman əsgərlərimizin şücaətini kino ilə daha təsirli səviyyədə göstərmək üçün fəaliyyətə başladıq”.

Bu sözləri “TRT Haber”ə açıqlamasında Mədəniyyət naziri Anar Kərimov deyib. O, tarixi qələbəmizlə bağlı keyfiyyətli filmlərə ehtiyac olduğunu söyləyib: “Bu məqsədlə türk qardaşlarımız və istehsalçı şirkətlər ilə ortaq layihələr həyata keçirməyi çox istəyirik. Türkiyənin bu sahədəki təcrübələrini öyrənərək Azərbaycan da bu təcrübələrdən istifadə edəcək”. 

“Şərq”lə həmsöhbət olan tanınmış aktyor, Xalq artisti Nurəddin Mehdixanlı nazirin fikirlərini alqışladığını söyləyib:

“Vətən müharibəsində Azərbaycan əsgəri böyük qəhrəmanlıqlar göstərib. Şübhəsiz ki, bu, tarixə çevrilməlidir. Təbii ki, bədii təqdimatı da olmalıdır. Bəlkə də bir az gecikmişik. Əvvəldən Türkiyə və Azərbaycan kinemotoqrafiyasının birgə fəaliyyətinə ehtiyac var idi.

Taleyimizlə, tariximizlə bağlı birlikdə iş görülməli idi.

Bu xəbərə çox sevindim, uğurlar arzu edirəm. Güman edirəm ki, həmin film bizim teleseriallarımız kimi olmayacaq. Ona görə işə ciddi insanlar cəlb olunsun. Azərbaycanda istedadlı rejissorlar, aktyorlar, sənət adamları var.

Amma Türkiyədə  orduya, savaşa həsr olunan seriallar, filmlər kifayət qədərdir. Bizdə də belə layihələrin olması vacibdir”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəblinski Yazarın yazıları
menu
menu