Tarix institutu: Dilavər Əzimlini xilas etmək mümkün olmadı

AMEA Tarix institutu bildirir ki, institutun Orta əsrlər tarixi şöbəsinin aparıcı elmi işçisi, tanınmış tarixçi, tarix üzrə fəlsəfə doktoru, dosent  Dilavər Əzimli Covid-19 xəstəliyindən dünyasını dəyişib.

Bu barədə “Sherg.az”a institutun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumatda qeyd olunur ki, D.Əzimlinin uzun müddət müalicə olunmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Tarix institutunun bütün kollektivi həmkarları Dilavər Əzimlinin ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir. Onun xatirəsi iş yoldaşlarının və sevənlərin qəlbində daim yaşayacaqdır.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aygün Tahirqızı Yazarın yazıları
menu
menu