Mərkəzi Klinikada karantin qaydaları pozulur? - AÇIQLAMA 


Mərkəzi Klinika Xəstəxanası müəssisədə karantin qaydalarının pozulması ilə bağlı məsələyə münasibət bildirib.

Klinikadan Oxu.Az-a bildirilib ki, foto hava soyuq olarkən lentə alınıb:

“Konstitusiyaya görə, klinikaya müraciət edən hər bir xəstənin müalicə almaq hüququ var. Klinikada əməliyyatdan sonra sarğıya, ambulator və poliklinik müalicəyə gələn xəstələr həkim müayinəsinə buraxılır. Görünütlər də həmin vaxt çəkilib”.

Xəstəxanadan qeyd edilib ki, müəssisənin daxilində bütün qaydalara riayət olunur: “Hər kəs maska taxır, dezinfeksiyaedici məhlullar qoyulub”.

09.21

Mərkəzi Klinika Xəstəxanasında karantin qaydaları pozulur.

Oxu.Az-ın məlumatına görə, insanlar klinikanın dəhlizində müayinə üçün gözləyən zaman heç bir sosial məsafə gözlənilmir.

Dəhlizdə sıxlığın yaranması ölkədə elan edilən karantin qaydalarının pozulması deməkdir. 

Həmin görüntüləri təqdim edirik:

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu