İdarə müdirindən məktəblərin bağlanması ilə bağlı iddialara CAVAB


Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva məktəblərin bağlanması ilə bağlı iddialara münasibət bildirib.

Oxu.Az-ın məlumatına görə, o, jurnalistlərə açıqlamasında bildirib ki, məktəblərin bağlanması qərarını biz vermirik:

“Bu koronavirusa yoluxma sayından asılı ola biləcək bir məsələdir”.

O qeyd edib ki, hər kəs karantin qaydalarına riayət etməlidir:

“Karantin rejiminin müvəqqəti qaydaları var. Təhsil müəssisələrində tədris prosesi bu qaydalara uyğun olaraq təşkil olunur. Mütəmadi olaraq monitorinqlər keçirilir, demək olar ki, qaydalara tam şəkildə riayət edilir”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu