Göyçay sakini dəm qazından boğularaq ölüb

Göyçay rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Göyçay şəhərinin Rəsul Rza küçəsindəki 38 saylı mənzildə qeydə alınıb. Həmin ünvanda yaşayan, 1984-cü il təvəllüdlü Həsənov Emin Kamil oğlu yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu