Ən qiymətlisi 1,7 milyon avrodur

Hər il yerə 40 milyon ton meteorit düşür

Meteorit məsələləri, əslində, dünyanın kifayət qədər alışdığı bir mövzudur. Çünki hər il dünyaya təxminən 40 milyon ton meteorit düşür. Bunlardan bəziləri olduqca kiçik, bəziləri daha böyük və alimlərin araşdıra biləcəyi xüsusiyyətlərə sahib olurlar.

Dünyanın ən qiymətli meteoritləri də diqqəti cəlb edir, çünki milyardlarla avro qiymətinə olan bu xüsusi daşlara çox nadir hallarda rast gəlinir. 
Oxucularımız üçün dünyanın ən qiymətli meteoritlərinin siyahısını tərtib etdik: "Çelyabinsk Meteoriti" - 336 min avro dəyərində olan bu meteorit, 2013-cü ildə Rusiyanın Çelyabinsk şəhəri üzərindəki meteorit partlaması nəticəsində ortaya çıxdı. O dövrdə bir çox insana xəsarət yetirən bu daş maddi cəhətdən də çox dəyərlidir. Böyük parçalardan ibarət olan bu meteorit, 336 min avro qiyməti ilə görənləri heyrətləndirir.

"Zagami" adlı Mars daşı - Bu asteroid 1962-ci ildə Nigeriya torpağına düşüb. Meteoritin ən böyük parçası 2006-cı ildə 383 min avroya satılıb.
"YazSuyu Meteoriti" - Görünüşü ilə nəhəng bir süngərə bənzəyən bu meteorit tam olaraq 117 kiloqramlıq bir palazit daşıdır. İlk dəfə 1931-ci ildə Kanadada bir fermada görülən bu meteorit 4,5 milyard yaşındadır və çox miqdarda mineral ehtiva edir. Torontoda "Kral Ontario" muzeyi tərəfindən 511 min avroya satın alınan bu meteorit hazırda ziyarətçilər üçün sərgilənməkdədir.

 "Vilyamet Meteoriti" - Bu meteorit 2007-ci ildə Nyu-Yorkda bir milyon avroya satışa çıxarıldı. Meteoritin indiyədək yer üzündə tapılan ən böyük meteoritlərdən biri olduğu ehtimal edilir. 1902-ci ildə kəşf edilən zaman 16 tondan çox ağırlığında idi.

"Brenham" Meteoritinin əsas hissəsi - Bu meteorit yarım ton ağırlığında və 896 min avro dəyərindədir. 2005-ci ildə Kanzasda tapılıb. Zamanla diqqət çəkən meteorit, daha sonra muzeydə nümayiş etdirilməsi üçün satın alınıb.

"Fukanq" Meteoriti - Olivin kristalları ilə nikel dəmirindən ərsəyə gələn bir palazitdir. Elm adamları yer üzünə düşən meteoritlərin yalnız yüzdə birinin palazit olduğuna inandıqları üçün, həqiqətən nadir bir meteorit olan "Fukanq" meteoriti 2000-ci ildə aşkar edildikdən sonra fərqli toxuması və görünüşü ilə dövrün ən çox danışılan mövzularından biri idi.  4,5 milyard illik bu meteoritin dəyəri 1,7 milyon avrodur. Digər meteoritlər kimi, bu meteorit də düşdüyü bölgənin adını daşıyır.

Ağarza

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu