Aksiz markasız siqaret qutuları sərhəddən necə keçir?


Öncə onun gömrükdən necə keçib Bakıya qədər gəldiyini araşdırmaq lazımdır

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaş¬la¬rı Respublikanın gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş xeyli miqdarda aksiz markası olmayan siqaret aşkarlayıblar. Görülən tədbir nəticəsində həmin malların ölkə ərazisində qeyri-qanuni satışının qarşısı alınıb. 
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinin Narkotiklərlə mübarizə şöbəsinə əvvəlcədən daxil olan məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində qaçaqmalçılığın qarşısı alınıb. Belə ki, Bakı şəhəri Nəsimi rayonu ərazisində Azərbaycan Respublikası vətəndaşı idarə etdiyi "Kia Sorento" markalı nəqliyyat vasitəsində olan siqaretləri şərti alıcı qismində cəlb edilmiş gömrük əməkdaşına satmaq istəyərkən saxlanılıb.

Yoxlama zamanı nəqliyyat vasitəsinin arxa yük yerində 5 ədəd karton qutuların içərisində Azərbaycan Respublikasına məxsus aksiz markası olmayan 1470 qutu "Parlament Silver Blue", 1030 qutu "Parlament Agua Blue" markalı siqaretlər götürülüb. Həmçinin, avtomobilin arxa yük yerinin döşəməsinin altında olan zavod konstruksiyasında nəzərdə tutulmayan boşluqdan 990 qutu "Marlboro Touch", 20 qutu "Sobranıe superslims less smoke smell", 4 qutu "Marlboro touch less smell" markalı siqaretlər aşkar edilib.

Avtomobilin sürücüsü şifahi sorğu-sual zamanı Abşeron rayonu, Masazır qəsəbəsində qohumunun yaşadığı fərdi yaşayış evində əlavə olaraq Azərbaycan Respublikasına məxsus aksiz markası olmayan siqaretləri saxladığını bildirib. Dərhal əməliyyat tədbirləri davam etdirilərək qeyd edilən əraziyə baxış keçirilib, daha 8 ədəd karton qutularda Azərbaycan Respublikasının müvafiq aksiz markası ilə markalanmayan 1000 qutu "Parliament Silver Blue", 500 qutu "Parliament Agua Blue", 1980 qutu "Marlboro touch" və 500 qutu "Marlboro double mix" markalı siqaretlər aşkar edilib.

Bununla da, hüquqpozma predmeti olaraq, ümumilikdə 7494 qutu xarici markalı siqaretlər aşkar edilərək götürülüb.



Hadisə ilə bağlı "Şərq"ə danışan iqtisadçı Əkrəm Həsənov dedi ki, öncə onun gömrükdən necə keçib Bakıya qədər gəldiyini araşdırmaq lazımdır:

"Amma bunu Gömrük işçilərinin özü aşkar edibsə, yəqin ki, artıq həmin xidmətdə də təmizləmələr gedir. Mən bunu ancaq bu cür xarakterizə edə bilərəm. Yaxşı haldır ki, bu hadisə Bakıda da olsa üzə çıxarılıb. Buna yol yerən digərləri də artıq  belə şey etməkdən qorxacaq.         
Düşünmürəm ki, o qədər qutunu gətirə bilən adi insan ola və siqaretləri ucuza sata.

O, çox güman ki, daha çox qazanmaq istəyən sahibkardır. 
Ölkədə isə insanlar siqaret, eləcə də digər zərərli məmulatlardan istifadə etməsin və ya az istifadə etsin deyə onun qiymətini artırırlar. Amma onun aludəçisi olanlar hər necəsə alıb istifadə edirlər. Canlarına da ziyan olur, ciblərinə də. Amma bu qiymət artımı ən azından insanları siqaret çəkməyə başlamamışdan əvvəl bir daha düşünməyə vadar edir. Gözünün qabağına gətirməlidir ki, bu, bahadır".

Ağarza Elçinoğlu              

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu