"Azeri Light" nefti yenidən bahalaşıb

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.
"APA-Economics"in məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,5 ABŞ dolları və ya 0,78%  artaraq  64,75 dollar təşkil edib.
Xatırladaq ki, ötən həftə ərzində (22-26 fevral) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 65,88 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 1,73 dollar və ya 2,7% çoxdur. Həftə ərzində ən yüksək göstərici (cümə axşamı günü) – 66,98 dollar təşkil edib, ən minimal göstərici (bazar ertəsi günü) isə 64,57 dollar səviyyəsində olub.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu