Tac-Mahalda bomba həyəcanı: Min turist təxliyə edildi

Hindistanın Aqra şəhərində (Uttar-Pradeş ştatı) Tac-Mahal məqbərəsindən azı min turist partlayış təhlükəsi səbəbindən təxliyə edilib.
“Hindustan Times”ın yerli polisə istinadən verdiyi məlumata görə, təcili təxliyə partlayışla bağlı anonim telefon xəbərdarlığından sonra həyata keçirilib.
Tac-Mahal kompleksi polis tərəfindən mühasirəyə alınıb. Təhlükəsizlik qüvvələri partlayıcı qurğunu axtarır.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu