“Barsa” növbəti rekorda imza atdı


“Barselona” İspaniya kubokunda finala çıxmaqla növbəti rekorda imza atıb.

Bu barədə “MisterChip” məlumat yayıb.

Belə ki, “Barsa” İspaniya kubokunun 119 illik tarixində 13 mövsüm ərzində 10 dəfə finala çıxmış yeganə komanda olub.

Xatırladaq ki, “Barselona” 2:0 hesabı ilə məğlub olduğu görüşün cavab qarşılaşmasında “Sevilya”nı evində 3:0 məğlub edərək finala çıxıb.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu