Qızardılmış kartofun ZƏRƏRİ

Bədəndə zəhərli maddələrin artmasını asanlaşdırır

Çünki kartof qızardıldıqda vitamin dəyərini itirə bilər

Gündəlik həyatımızda kartof ən çox istifadə edilən qidalar arasındadır. Keçmişdən bu günə qədər demək olar ki, hər mətbəxdə bişirilən kartofun sağlamlığa faydaları da məlumdur. Lakin bu tərəvəzin faydaları kimi müəyyən zərərləri də var.
“Sherg.az” türk mediasına istinadən kartofun zərərli və faydalı təsirlərini açıqlayır:

Kartof qida kimi istifadə edildiyi zaman bir çox şeyə faydalıdır, çiy kartofla hazırlanan müalicələr isə dəri və saç üçün müsbət təsirə malikdir. Kartofu qaynatmaq və suyunu içmək bir çox xəstəliyin qarşısını almağa kömək edir.

Qaynadılmış kartof suyu xüsusilə immun sistemini gücləndirir. Kartof bədəndən toksinlərin çıxarılmasında da effektlidir. Kartof, xüsusilə həzm sistemini tənzimlədiyi üçün bütün bədənə rahatlıq verən bir qidadır.

Kartofdan alınan nişasta bir çox xəstəlikdə istifadə olunur. Bu tərəvəz gündəlik C vitamini ehtiyacını qarşılayır. Kartofun qaynadılaraq içilən suyu qanı təmizləmək üçün faydalıdır.

Kartofu həddindən artıq və sağlam istifadə etməmək zərərli ola bilər. İrsi xəstəliyi olan insanlarda kartof istehlakına xüsusi diqqət yetirilməlidir. Kartofda nişasta olduğu üçün şəkərli diabetdən əziyyət çəkənlərin onu ehtiyatlı istifadə etməsi tələb olunur. Xüsusilə artıq yağda qızartma şəklində olan kartof qəbulu kilo probleminə səbəb olur.

Qızardılmış kartofun tez-tez istifadəsi bədəndə zəhərli maddələrin artmasını asanlaşdırır. Çünki kartof qızardıldıqda vitamin dəyərini itirə bilər”.


Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu