Müəllimi Ərdoğan haqqında: “Liderliyi o zamanlardan başladı”

Önder İmam Hatipli Dərnəyinin qurucusu və ilk sədri Mehmet Yahya Kutluoğlu vəfat edib. 90 yaşında vəfat edən Kutluoğlu eyni zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbul İmam Hatip Liseyindən müəllimi idi.

“Sherg.az” “Haberler.com”a istinadən Kutluoğlunun sevdiyi tələbəsi olan R.T. Ərdoğan haqqında söylədiyi fikirləri diqqətə çatdırır:

“Onun kimi tələbə az idi. Çox yaxşı geyinərdi. Türkcəsi, müraciət tərzi və davranışı çox gözəl idi. Bu səbəbdən də tələbələr təmsilçisi olaraq “Tələbələr üçün İntizam Şurası”nın sədri idi. Məktəbdəki şagirdlərə hörmətlə yanaşardı. Tələbəlik dövründə çox ciddi, nizam-intizamlı, özünü inkişaf etdirən fəaliyyətlərlə məşğul olurdu. Digər tələbələr arasında fərqli bir şəkildə qarşılandı. Özünəməxsus bir fərqliliyi, ləyaqəti var idi. Beləliklə, yaxşı zirvələrə gəldi. Onun liderliyi hələ o zamanlardan başladı...”.

 


Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu