Barışdılarmı? - AÇIQLANDI

Müğənni Murad Boz və aktrisa Aslı Ənvər 2019-cu ildə münasibətlərinə son qoyublar. Cütlük ayrılıqdan sonra sosial mediada tez-tez diqqət çəkiblər. İki gün əvvəl paylaşımları ilə çaşqınlıq yaradan eks- sevgililərdən Aslı Ənvər İnstaqram səhifəsində açıqlama verib.
“Sherg.az”ın məlumatına görə M.Bozun ötən il  Aslı Ənvər ilə fotosunu İnstaqramın arxivindən çıxararaq yayımlaması “ Barışdılarmı?” sualını ağıllara gətirib.


A.Ənvər və M.Boz iki gün əvvəl eyni dəqiqələrdə İnstaqramda foto paylaşıblar. Ənvər paylaşımına ağ ürək, M.Boz isə ağ-qara ürək “smaylik”i əlavə edib. Eks- sevgililərin bu postları yenə “ Barışdılarmı?” iddialarını gündəmə gətirib. A.Ənvər məsələ ilə bağlı danışıb. Aktrisa uzun zamandır tək olduğunu deyib:
“Bir müddətdə belə qalmağı düşünürəm. Çünki çox xoşbəxtəm”.

Hər iki məşhurun da həyatında kimsə yoxdur. Bu ayrılığa üzülən Aslı Ənvər və Murad Bozun heyranları “Bir-birinizə bir şans verin” çağırışı edirlər.


Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəblinski Yazarın yazıları
menu
menu