FETÖ “Stop, Ərdoğan” dedi - Növbəti xəyanət !

Türkiyədə AKP sözçüsü Ömər Çelik FETÖ-yə münasibət bildirib. O, bu barədə özünün “Twitter” hesabında yazıb.
“Sherg.az” “Habertürk”ə istinadən xəbər verir ki, Çelik açıqlamasında FETÖ-nün terror təşkilatı, xəyanət şəbəkəsi olduğunu deyib.
“FETÖ Türkiyəyə və , deməli, Prezidentimizə düşməndir. Bu naxələf şəbəkə New-Yorkdakı “Stop, Ərdoğan” başlıqlı yazılarla dövlət başçımızı hədəf aldı və xəyanətlərinə növbəti səhifə əlavə elədi”- deyə, partiya səlahiyyətlisi bildirib.
“Bu xəyanət şəbəkəsi Türkiyənin, Prezidentimizin qərarlı addımlarının qarşısını ala bilməyəcək”- sözləri ilə Çelik fikirlərinə yekun vurub.  

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu