ÜST: Azərbaycana 432 min doza “AstraZeneca”peyvəndi ayrılıb

Azərbaycana COVID-19 əleyhinə 432 min doza “AstraZeneca” peyvəndi alacaq.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə ofisinin rəhbəri Hans Kluqenin mətbuat brifinqində APA-nın sualına cavab olaraq bildirilib.
ÜST-ün regional məsləhətçisi Siddhartha Datta deyib ki, artıq “AstraZeneca” peyvəndi Azərbaycana ayrılıb və bununla bağlı martın 2-də COVAX məlumat yayıb.
“Azərbaycan 432 min doza “AstraZeneca” peyvəndini qəbul edəcək. Bununla bağlı artıq qeyd etdiyim ki, məlumat yayılıb və bu ölkə peyvəndi tezliklə alacaq”, - deyə o qeyd edib. 
ÜST nümayəndəsinin sözlərinə görə, peyvəndin ayrılması və tədarükü, peyvəndin çatdırılması müvafiq şəkildə tənzimlənir.
O əlavə edib ki, digər vacib məqam COVAX-da iştirak edən ölkələrin iqtisadiyyatı ilə bağlıdır: “Ölkələrin hər birinin iqtisadi durumu fərqlidir. Peyvəndlərin ayrılması və ədalətli bölüşdürülməsi ilə bağlı proses davam edir”.
“Pfizer-BionTech" peyvəndi ilə bağlı S.Datta bildirib ki, Azərbaycan bu vaksinə də marağını ifadə edib: “Lakin bildiyiniz kimi, bu peyvəndin müəyyən limiti var. “Pfizer”in öhdəlik və tələbləri Azərbaycanın bu peyvəndi qəbul edən 18 ölkənin siyahısına daxil edilməsinə imkan verməyib”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu