Səməd Seyidov:“YAP-da da islahatlara ehtiyac var”

“Belə addımlar ancaq və ancaq tərəqqiyə, partiyanın imicinin formalaşmasına kömək edəcək”


Son günlər Yeni Azərbaycan Partiyası (YAP) ilə bağlı ciddi müzakirələr gedir. İddialara görə, sabah YAP-da növbədənkənar qurultay keçirilməlidir. Lakin bu barədə hələ rəsmi xəbər yoxdur.

Deputatlar Siyavuş Novruzovla Elman Nəsirov isə “Sherg.az”a sözügedən məsələdən xəbərsiz olduqlarını deyiblər. Nəhayət, YAP-çı parlamentarilərdən başqa biri Səməd Seyidovla danışdıq. O, iddialara belə aydınlıq gətirdi: 

 “Ölkənin müxtəlif sahələrində olduğu kimi, cəmiyyət həyatında xüsusi çəkisi olan YAP-da da islahatlara ehtiyac var. Belə addımlar ancaq və ancaq tərəqqiyə, partiyanın imicinin formalaşmasına kömək edəcək. Yəni birmənalı olaraq müsbət nəticə əldə ediləcək. Struktur dəyişikliyindən əlavə, işə yanaşma prosesində də aktivlik lazımdır. Gəncləşmədən daha çox isə yenilənməyə ehtiyac var. Partiya daxilindəki yenilənmə daim hiss edilməlidir”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu